Şüvüllə tullanma üzrə ikiqat olimpiya və üçqat dünya çempionu, isveçli Arman Düplantis Fransanın Paris şəhərində keçirilən “Brilyant Liqa” mərhələsində qalib gəlib.

Qələbə üçün isveçli idmançıya ilk cəhddə göstərdiyi 6,13 metr nəticə kifayət edib. Daha sonra Düplantis yeni dünya rekordu müəyyənləşdirməyə çalışaraq tiri 6,33 metr hündürlüyünə qaldırsa da, üç cəhdin heç birini uğurla tamamlaya bilməyib.

Paris mərhələsində ikinci yeri 5,93 metr nəticə ilə fransalı Batist Tyeri tutub, liderlər üçlüyünü isə ən yaxşı cəhdində 5,83 metrə tullanan yunanıstanlı atlet Emmanuel Karalis qapayıb.

Yüngül atletika. Brilyant Liqa. Paris. Şüvüllə tullanma, kişilər:

1. Arman Düplantis (İsveç) – 6,13 m.

2. Batist Tyeri (Fransa) – 5,93.

3. Emmanuel Karalis (Yunanıstan) – 5,83

Shares: