Marsel “Olimpik”i baş məşqçi Həbib Beye ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayaraq əməkdaşlığa xitam verildiyini bildirib.
Həbib Beye 2026-cı ilin fevral ayından Marsel komandasını çalışdırırdı. Onun rəhbərliyi altında keçirilən 13 matçda komanda 6 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.
Başa çatan mövsümün yekunlarına əsasən, Marsel “Olimpik”i Liqa 1-in turnir cədvəlində 5-ci yeri tutub.
