“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liverpul təmsilçisi mərkəz yarımmüdafiəçisi Heyden Hakni ilə müqavilə imzaladığını rəsmi saytı vasitəsilə açıqlayıb. 24 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Hakni 2022-ci ildən “Midlsbro”nun formasını geyinirdi. Daha əvvəl yayılan məlumata görə, Çempionşip təmsilçisi bu transferdən 19 milyon avro qazanacaq. Müqavilədə əlavə olaraq 8 milyon avro məbləğində bonuslar da nəzərdə tutulub.
İngiltərəli yarımmüdafiəçi ötən mövsüm “Midlsbro”nun əsas simalarından biri olub. O, bütün turnirlərdə keçirdiyi 41 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
