Futbol üzrə dünya çempionatında 1/16 finalın oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün mundialda növbəti görüşlər baş tutacaq.

Bakı vaxtı ilə saat 22:00-da Avstraliya və Misir yığmalarının görüşü başlayacaq.

Gecə saatlarında daha iki görüş baş tutacaq. Argentina Kabo Verdeni, Kolumbiya isə Qananı sınağa çəkəcək.

DÇ-2026
1/16 final
3 iyul

22:00. Avstraliya – Misir

4 iyul

02:00. Argentina – Kabo Verde
05:30. Kolumbiya – Qana

Shares: