Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Əlcəzairi məğlub edən İsveçrə millisi bəzi məqamlarda çətinliklərə tap gətirməyi bacarıb. Bu barədə komandanın baş məşqçisi Murat Yakın oyundan sonra bildirib.
Mütəxəssis rəqibi iki cavabsız qolla məğlub etdikləri matçla bağlı fikirlərini bölüşüb: “Bu anın sevincini yaşayacağıq. Daha sonra irəli baxacağıq. Əldə etdiyimiz nəticədən məmnunuq Bu gün meydanda inanmlı komanda gördük. Bəzi məqamlarda çətinliklərə tap gətirməyi bacardıq, daha sonra oyuna nəzarəti ələ aldıq. Futbolçuların sərgilədiyi bəzi kombinasiyaları, elə də qapımızı toxunulmaz saxlamağımızı yüksək qiymətləndirirəm”.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
