Əlcəzair millisinin kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

35 yaşlı vinger qərarını DÇ-2026-da yığmasının mübarizəni dayandırmasından sonra verib.

Mahrez 2014-cü ildən Əlcəzair yığmasının formasını geyinirdi. O, milli komandada keçirdiyi 119 oyunda 40 qol vurub, 45 məhsuldar ötürmə edib.

Təcrübəli futbolçu Əlcəzair millisinin heyətində 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Qeyd edək ki, Əlcəzair DÇ-2026-nın 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Shares: