Futbol üzrə dünya çempionatında Paraqvay və Fransa yığmaları arasında keçirilən 1/8 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Cənubi Amerika təmsilçisinin heyətində qapıçı Orlando Hil oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, qolkiper görüş ərzində komandasını bir neçə dəfə real qol vəziyyətindən xilas edib. Bununla belə, onun komandası Fransaya penaltidən buraxdığı yeganə qolla uduzaraq mundialla vidalaşıb.
