AFFA-nın yeni Texniki Direktoru Edmond Klaus tərəfindən göstərilmiş təşəbbüsə əsasən, futbolun inkişafına xidmət edən yeni layihələrə və aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçi vəzifələrinə açıq müraciət prosesinə başlanılıb.

Futbolinfo.az xəbər verir ki, bu prosesin tətbiq edilməsində məqsəd tələblərə cavab verən bütün məşqçilərə namizəd olmaq imkanının yaradılması və ən uyğun mütəxəssislərin cəlb edilməsidir.

Müraciət üçün son tarix 17 iyul 2026-cı ildir.

Müraciət prosesi ilə bağlı məlumatlarla bu linkə keçid edərək tanış ola bilərsiz.

Shares: