“Karvan-Yevlax” yeni mövsümün planlarını cızmaqdadır. Premyer Liqanı bu il tərk edən bölgə klubu yenidən geri dönmək üçün heyətini gücləndirməyə çalışır.
Futbolinfo.az xəbər verir ki, Füzuli Məmmədovun istefaya göndərilməsindən sonra baş məşqçi postunun Ramiz Məmmədova tapşırılması an məsələsidir. Daha öncə də yazdığımız kimi, “Mingəçevir”dən ayrılan çalışdırıcı yevlaxlılarla razılıq əldə edib.
I Liqa klubunun rəhbərliyi heyətə əl gəzdirməyi də düşünür. Əksər legionerlərlə yolaarını ayıran “Karvan-Yevlax” bir neçə aparıcı yerli oyunçunu da itirb. İndi onları əvəzləmək üçün iş aparılır. Hələlik Veysəl Rzayevlə ilkn razılıq əldə olunub. “Kəpəz”dən ayrılan yarımmüdafiəçi tezliklə rəsmi müqavilə bağlayacaq.
