TNS bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra Uels təmsilçisinin baş məşqçisi Kreyq Harrisonun mətbuat konfransı olub. İngiltərəli mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:

“Çox uzun məsafə qət etdik. Bu bizim üçün çox çətin oldu. Çalışırdıq ki, oyunda qala bilək. Ev matçında sərfəli nəticə qazanmağa çalışacağıq.

İlk hissədə gücümüzü daha çox sərf etdik. İkinci hissədə “Sabah” topla çox oynadı və bizi yordu. Əsas odur ki, ilk hissədə qapımızı qorumağı bacardıq. Birinci yarıda daha çox hücumameyilli oynamaq istəyirdik. Dediyim kimi, cavab oyunumuz var. Yaxşı nəticə qazanmağa çalışacağıq. Növbəti mərhələyə ümidim var.

Məqsədimiz o deyildi ki, burada daha çox vaxt keçirək. Əksinə, burada yaxşı nəticə qazanmağa çalışırdıq. Qarşılaşmanın cavab oyunu var və biz evdə yaxşı nəticələr qazana bilirik. Ona görə də, ümidliyik.

Biz demək olar ki, Uelsdən bura gəlməyə iki günümüzü sərf etdik. Məsafə məsələsi ilə “Sabah”ın qələbəsinə kölgə salmaq istəmirəm. Rəqibin yaxşı baş məşqçisi var”.

Shares: