UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyanın “Vardar” klubu ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib.

Qolları 45-ci dəqiqədə Magassa, 49-cu dəqiqədə isə Arma vurub. “Vardar”ın futbolçusu Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, KuPS evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı iyulun 14-də keçiriləcək.

Xatırladaq ki, “Sabah” TNS səddini aşacağı halda, məhz “Vardar” – KuPS cütünün qalibi ilə üz-üzə gələcək.

Shares: