Milli Basketbol Assosiasiyasında mübarizə aparan “Miluoki Baks” klubu sabiq ulduzu Yannis Adetokumboya məxsus 34 nömrəli formanı dövriyyədən çıxaracağını açıqlayıb. Bir neçə gün əvvəl “Mayami Hit”ə keçın 31 yaşlı yunanıstanlı basketbolçu 2013-26-cı illərdə “Miluoki”də çıxış edib.
Adetokumbo “Baks”ın heyətində 2021-ci ildə MBA çempionu olub və həmin il final seriyasının ən dəyərli oyunçusu seçilib. O, həmçinin 2019 və 2020-ci illərdə mövsümün ən dəyərli basketbolçusu (MVP) adına layiq görülüb, 10 dəfə isə MBA “All Star” Matçına dəvət alıb.
Yannis 2025/2026 mövsümünün müntəzəm çempionatında 36 oyunda meydana çıxaraq orta hesabla 27,6 xal, 9,8 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
