“Neftçi”də baş məşqçi Yuri Vernidubla bağlı yaranmış problem Ukrayna mətbuatının diqqətindən yayınmayıb.

Futbolinfo.az xəbər verir ki, yerli KİV təcrübəli mütəxəssislə futbolçular arasında yaşanmış soyuqluğa aydınlıq gətirib.

Vernidubun xüsusən də məşq metodu “ağ-qaralar”ın oyunçularının ürəyincə deyil. Vernidubun əsasən fiziki yükləmələrə üstünlük verməsi və taktiki tapşırıqların az olması futbolçularda narazılığa yol açıb.

Qeyd edək ki, “Neftçi” iyulun 10-da Serbiyanın “Radniçka”, 13-də isə Xorvatiyanın “Osiyek” klubu ilə yoxlama oyunu keçirəcək.

Shares: