“Arsenal” və “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Samir Nəsri çirkli pulların yuyulması və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak şübhəsi ilə saxlanılıb. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa milllisinin sabiq üzvü Paris polisində təxminən 10 saat nəzarət altında saxlanılıb. O, mütəşəkkil qrup tərkibində narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayət sövdələşməsi və çirkli pulların yuyulması ilə bağlı açılmış cinayət işi çərçivəsində dindirilib. Lakin axşam saatlarında sabiq futbolçu heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.
Samir Nəsri 2021-ci ildə, 34 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Hazırda o, televiziya eksperti kimi fəaliyyət göstərir.
