Portuqaliya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Sözügedən komandanı bundan sonra Jorje Jezus çalışdıracaq. Onunla 2030-cu ilə qədər müqavilə imzalanıb. 71 yaşlı mütəxəssis son olaraq millinin kapitanı Kristiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr”i çalışdırıb.
Portuqal mütəxəssis “Fənərbağça”, “Benfika”, “Sportinq”, “Flamenqo” kimi klublarda işləyib. O, ilk dəfə milli komandanın baş məşqçisi olacaq.
