“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” “Şeffild Uenzdey”dən qapıçı Pirs Çarlzı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

MS gənc qapıçısını bir mövsümlük KPR-ə icarəyə göndərib.

Çarlz ötən mövsüm “Şeffild Uenzdey”lə Çempionşipdə 20 oyuna çıxıb.

Shares: