Aşağı yaş qrupları üzrə Azərbaycan millilərinin sabiq futbolçusu Barış Ekincier Türkiyədə komandasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı sol vinger “Umraniyespor”u tərk edib. Barış karyerasını II liqa təmsilçisi “Elazığspor”da keçirəcək.

O, ötən mövsüm “Umraniyespor”un heyətində I Liqada 37 oyun keçirib. “Elazığspor” Ekincierlə hərtərəfli anlaşıb və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Barış Ekincier Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının heyətində forma geyib.

Shares: