Dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda AVRO-2028-in seçmə mərhələsinin püşkü atılacaq.
Futbolinfo.az xəbər verir ki, hazırkı duruma əsasən, yığmaların püşkatma mərasimində qərarlaşacaqları səbətlər müəyyənləşib.
Azərbaycan millisi reytinq xalına görə, püşkdə 5-ci səbətdə yer alacaq. Millimizlə yanaşı, Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteyn də sonuncu səbətdədirlər.
Lakin səbətlərdə dəyişikliklər ola bilər. Yığmaların qərarlaşacaqları yekun yerlər UEFA Millətlər Liqasından sonra bəlli olacaq.
Hazırkı duruma əsasən səbətlər aşağıdakı kimidir:
1-ci səbət: İspaniya, Fransa, Niderland, Portuqaliya, İngiltərə, Norveç, Almaniya, Belçika, Danimarka, Xorvatiya, İtaliya, Yunanıstan.
2-ci səbət: Serbiya, Türkiyə, Uels, Çexiya, İsveçrə, Avstriya, Ukrayna, İsveç, Polşa, Macarıstan, Şotlandiya, Kosovo.
3-cü səbət: İrlandiya, Rumıniya, Gürcüstan, Slovakiya, Bosniya və Herseqovina, İsrail, Şimali İrlandiya, Şimali Makedoniya, Sloveniya, Albaniya, İslandiya, Monteneqro.
4-cü səbət: Finlandiya, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Lüksemburq, Kipr, Farer adaları, Latviya, Estoniya, Moldova, San Marino.
5-ci səbət: Azərbaycan, Malta, Litva, Andorra, Cəbəllütariq, Lixtenşteyn.
