Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün Uelsdə TNS-lə cavab oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, futbol ictimaiyyəti indidən “Sabah”ı növbəti mərhələdə görür.

Əcnəbi mütəxəssislər Bakıda 0:2 hesabı ilə məğlub olan TNS-dən doğma arenada daha aqressiv mübarizə gözləyir. Lakin bunun “Sabah” üçün əlverişli, əks-hücumlarda rəqibi yaxalamağın daha rahat olacağı bildirilib.

Britaniya mətbuatı matçla bağlı sorğu keçirib. Futbol ekspertlərinin demək olar ki, hamısı “Sabah”ın səfərdə uduzmayacağını düşünür. Onların bir qismi 1:1 hesabını, bəziləri isə Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsini proqnozlaşdırır.

Qeyd edək ki, “Park Hall”da keçiriləcək TNS – “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Shares: