“Fənərbağça” Türkiyə millisinin amerikalı oyun qurucusu Şeyn Larkinlə müqavilə imzaladığını rəsmən elan edib. Klubun mətbuat xidmətinin sosial şəbəkə hesabında yaydığı məlumata görə, 33 yaşlı basketbolçu ilə müqavilə iki mövsüm müddətinə nəzərdə tutulub.
Larkin 2018-ci ildən “Anadolu Efes”in heyətində çıxış edirdi. O, klubda keçirdiyi 8 mövsüm ərzində 2 dəfə Avroliqanın qalibi olub, 3 dəfə Türkiyə çempionluğunu qazanıb, 4 Türkiyə Superkuboku və 1 Türkiyə Kubokuna sahib çıxıb. Komanda uğurlarından əlavə, Larkin Avroliqa tarixinin 25 ən böyük oyunçusu sırasına daxil edilib, 2020/2021 mövsümünün yekunlarına əsasən turnirin ikinci rəmzi komandasına, bir il sonra isə Avroliqanın birinci rəmzi komandasına seçilib.
Avropaya köçməzdən əvvəl müdafiəçi MBA-da “Dallas Maveriks”, “Nyu-York Niks”, “Bruklin Nets” və “Boston Seltiks”in heyətində çıxış edib. Larkin 2013-cü il MBA draftında 18-ci nömrə altında seçilib. O, 2025-ci ilin yayında Türkiyə millisinin heyətində Avropa çempionatının gümüş medalçısı olub.
