Dünya reytinqində 180-ci pillədə qərarlaşan ispaniyalı tennisçi Roberto Bautista-Aqut peşəkar karyerasını başa vurduğunu açıqlayıb. İdmançı bu qərarı İspaniyada keçirilən şou xarakterli turnir başa çatdıqdan sonra qəbul edib.
“Tennis üzrə Kral Kuboku peşəkar karyeramda son turnirim oldu. Bunun İspaniyada baş verməsini istəyirdim və əlamətdar turnir vidalaşmaq üçün ideal yer idi. Bu yolda mənimlə olan hər kəsə və mənə bəxş etdiyi hər şeyə görə tennisə təşəkkür edirəm” – deyə Bautista-Aqut X sosial şəbəkəsində yazıb.
38 yaşlı Bautista-Aqut peşəkar karyerası ərzində 12 ATP turnirinin qalibi olub, həmçinin 2019-cu ildə Uimbldon turnirinin yarımfinalına yüksəlib. O, 2019-cu ilin noyabrında ATP reytinqində 9-cu pilləyə yüksələrək karyerasının ən yüksək göstəricisinə imza atıb.
