Sabiq futbolçu Andrea Pirlo İtaliya millisinin baş məşqçi postuna namizədlərdən biri olub. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya Futbol Federasiyası (FIGC) “Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiolanın dəvət edilməsinin çətin olacağını anlayır və bu səbəbdən Pirlonu alternativ variant kimi nəzərdən keçirir. Antonio Konte və Roberto Mançininin namizədlikləri də müzakirə olunur.

Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun finalında penaltilər seriyasında Bosniya və Herseqovina yığmasına uduzub. Bundan sonra yığmanın baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən kənarlaşdırılıb.

Shares: