İngiltərənin “Brayton” klubu “Tottenhem” və Xorvatiya millisinin müdafiəçisi Luka Vuşkoviçi transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.

Futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

“Brayton”un Vuşkoviç üçün “Tottenhem”ə 46 milyon funt sterlinq (53,8 milyon avro) ödəyəcəyi deyilirdi. Həmçinin əlavə bonus ödənişləri hesabına transfer paketinin ümumi məbləğinin 50 milyon funt sterlinqi (58,5 milyon avro) keçəcəyi vurğulanıb.

Vuşkoviç 2025/2026 mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib və 6 qol vurub.

Shares: