Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor” Bolu toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
Futbolinfo.az xəbər verir ki, Bursa klubu I Liqanın digər təmsilçisi “Pendikspor”la qarşılaşıb.
Bayramov matça start heyətində başlayıb. Erkən qolla hesabı açan “Pendikspor” 23-cü dəqiqədə penalti ilə fərqi iki topa çatdırıb.
Maraqlıdır ki, müdafiənin sol cinahında çıxış edən Toral cərimə meydanı daxilində rəqibinə qarşı kobud oynayaraq, penaltiyə səbəb olub. Fasiləyə qədər fərqi minimuma endirən “Bursaspor” ikinci hissədə daha bir dəfə fərqlənərək matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.
