“Nyukasl”ın transfer bazarında işləri qaydasında getmir. “Sağsağanlar”ın heyətinə qatmaq istədiyi daha bir oyunçu rədd cavabı verib.

Futbolinfo.az xəbər verir ki, əslində, Mayson Mountun transferinin baş tutmamasının səbəbkarı “Mançester Yunayted”dir. Oyunçu zədə üzündən əsas heyətə düşməkdə çətinlik çəkir və komandasını dəyişməyin əleyhinə deyil. Amma İngiltərə nəhənginin baş məşqçisi Maykl Kerrik ona ümid bəsləyir və yeni mövsümdə ümidləri doğruldacağına inanır. Bu səbəbdən “Nyukasl”ın təklifi geri çevrilib.

“Nyukasl” Entoni Qordonun ardınca Sandro Tonalini də itirib. Bu isə orta sahədə və hücum planında ciddi problemlər yaradıb. Klub rəhbərliyi İsveçrə yığmasının üzvü Johan Manzambini də transfer edə bilməyib.

Shares: