Seneqal Futbol Federasiyası 2026-cı il dünya çempionatı zamanı milli komandanın futbolçuları üçün tibbi sığorta rəsmiləşdirməyib. Bu barədə “Sport News Africa” portalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, milli komandanın qapıçısı Eduar Mendi bunu Norveç yığmasına qarşı qrup mərhələsinin oyununda (2:3) dizindən zədələndikdən sonra öyrənib. Zədənin xarakterini dəqiqləşdirmək üçün MRT müayinəsindən keçməli olan qolkiper tibbi sığorta olmadığına görə bu prosedurun xərcini öz cibindən ödəyib.

Maraqlıdır ki, Seneqal millisinin baş həkimi Abdurahman Fediorun futbolçularla işləmək üçün lazımi ixtisası olmayıb. Daha əvvəl onun təhsilinə görə ginekoloq olduğu məlum olmuşdu.

Seneqal millisi 2026-cı il dünya çempionatında 1/16 finala qədər irəliləyib və bu mərhələdə Belçikaya 2:3 hesabı ilə uduzub. Komanda turnirdə keçirdiyi 4 oyunun üçündə məğlub olub, yalnız İraq üzərində 5:0 hesablı qələbə sayəsində pley-offa yüksələ bilib.

Turnir başa çatdıqdan sonra Seneqal Futbol Federasiyası milli komandanın baş məşqçisi Pap Tiavı vəzifəsindən azad etmək qərarına gəlib.

Shares: