Lionel Skaloni komandasının uğurunu ifadə etməyə söz tapa bilmir. Ardıcıl ikinci dəfə finalda oynayacaq Argentina yığmasının baş məşqçisi futbolçularının nümayiş etdirdiyi xarakterdən məmnundur.
Təcrübəli məşqçi İngiltərə yığmasına qarşı DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra danışıb: “Söz tapa bilmirəm, həqiqətən deyiləcək heç nə yoxdur. Bu, ölkəmiz və xalqımız üçün böyük sevincdir. Bir neçə gün əvvəl də demişdim ki, yığmamız məni çox təəccübləndirir. Düzdür, biz hər oyuna qələbə qazanmaq və meydanda sonadək mübarizə aparmaq üçün çıxırıq. Amma bu futbolçuların nümayiş etdirdiyi xarakteri və oyunu sözlə ifadə etmək çox çətindir.
Biz özünəməxsus komandayıq. Bunu təkəbbürlə yox, ürəkdən deyirəm. Bu gün azarkeşlər bizi qələbəyə ruhlandırdılar. Onlara sonsuz təşəkkür edirəm”.
Qeyd edək ki, Argentina İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək finala adlayıb.
