Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün 1-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, mütəxəssislər Kutaisi “Torpedo”su ilə keçiriləcək qarşılaşmanı dəyərləndiriblər.

Ekspertlərin demək olar ki, hamısı “Zirə”nin mərhələ adlayacağına əmindir. Bakılıların ilk matçda 3:0 hesablı qələbə qazanması və “Torpedo”nun son vaxtlar Gürcüstan çempionatında uğursuz nəticələri belə düşünməyə əsas verib.

“Torpedo” doğma azarkeşləri önündə rəqibinə yalnız müqavimət göstərə bilər. Ancaq komanda daxili birincilikdə bənzər rəqiblərə eyni ssenarilərlə məğlub olur. Nəzərə alaq ki, “Zirə” də sürətli əks-hücumları sevən kollektivdir. “Torpedo”nun etibarsız müdafiə xətti də azərbaycanlılar üçün əla fürsətdir. Bu səbəbdən “Zirə”nin səfərdə də qalib gəlməsi olduqca realdır”, – deyə araşdırmada bildirilib.

Qeyd edək ki, Kutaisidəki “Şengelia Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Shares: