İngiltərə millisinin və “Çelsi”nin sabiq hücumçusu Kris Satton 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərənin Argentinaya 1:2 hesabı ilə məğlub olduğu oyunu və komandanın baş məşqçisi Tomas Tuhelin fəaliyyətini tənqid edib.
O, məğlubiyyətə görə almaniyalı mütəxəssisi günahlandırıb: “Mənə fərqi yoxdur, kim nə deyəcək. İngiltərə bu turnir ərzində çox şeydən yayına bildi və komanda 90 dəqiqə ərzində keçirdiyi heç bir oyunda həqiqətən yüksək səviyyəli futbol nümayiş etdirmədi. Dünya çempionatının yarımfinalı finala yüksəlmək üçün böyük fürsət idi və rəqib də kağız üzərində o qədər də güclü görünməyən Argentina idi. Amma son 30 dəqiqədə Argentina heç də orta səviyyəli komanda təsiri bağışlamadı. Məncə, İngiltərə özü buna şərait yaratdı. Hesab edirəm ki, bu, məşqçi baxımından tam bir fəlakət idi”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında Argentina İspaniya ilə qarşılaşacaq. İngiltərə millisi isə 3-cü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.
