“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində Kutaisi “Torpedo”su ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi 3:0 hesablı qələbə qazansa da, matçda cüzi üstünlüyə malik olub. Qapıya doğru və “çərçivə”yə zərbələrdə güc nisbətləri çox yaxın olub.
“Torpedo” – “Zirə”
Qollar – 0:3
Zərbələr – 10:12
“Çərçivə”yə zərbələr – 3:3
“Çərçivə”yə düşməyən zərbələr – 5:9
Bloklanan zərbələr – 2:0
Künc zərbələri – 4:2
Oyundankənar vəziyyət – 0:1
Sarı vərəqələr – 0:1
Cərimə zərbələri – 14:16
