Bu gün ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.
DÇ-2026-nın bürünc medalını qazanmaq üçün Fransa və İngiltərə komandaları üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
DÇ-2026
01:00. Fransa – İngiltərə
Baş hakim: Xesus Valensuela (Venesuela)
Mayami stadionu.
Xatırladaq ki, mundialın final oyunu iyulun 19-da baş tutacaq. Həlledici görüşdə İspaniya və Argentina seçmələri münasibətlərə aydınlıq gətirəcəklər.
