Argentina millisinin futbolçuları İspaniya ilə matçda əllərindən gələni ediblər. Bunu Cənubi Amerika təmilçisinin baş məşqçisi Lionel Skaloni İspaniya yığmasına qarşı DÇ-2026-nın final oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları oyuna şərh verib: “Təbii ki, kədərlənirik. Amma meydana çıxıb əlimizdən gələni etdik. Bura necə gəldiyimiz barədə deyiləcək çox söz var, lakin indi bunun yeri deyil. Futbolçularımıza bizi növbəti dəfə dünya çempionatının finalına daşıdıqları və sonadək mübarizə apardıqları üçün sonsuz təşəkkür edirəm”.
O, İspaniya millisinin qələbəyə layiq olduğunu etiraf edib: “İspaniya daha güclü idi, həqiqət budur. Ancaq komandamın bu turnirdə gördüyü işlər və finala qədər irəliləməsi mənim üçün həmişə qürur mənbəyi olacaq. Bu uğurun dəyərini bilməliyik. Çünki dünya çempionatının finalına yüksəlmək heç də asan deyil”.
Qeyd edək ki, İspaniya finalda Argentina seçməsinə 1:0 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.
