“Konfrans Liqasında uğurlu çıxış etmək istəyirik. Məqsədimiz mümkün qədər irəliləmək və qrup mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyimizə əmin ola bilərsiniz”. Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukrayna mətbuatına açıqlamasında deyib.
60 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarus klubu “Dinamo” önündə şanslarını dəyərləndirib: “Addım-addım düşünmək lazımdır. İndi yalnız “Dinamo” barədə düşünürük. Minsk klubu bu raundun güclü komandalarından biridir. Onların hazırda Belarus çempionatının lideri olduqlarını unutmayaq. Amma istənilən halda mərhələni keçmək istəyirik”.
Qeyd edək ki, iyulun 22-də keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.
