“Sabah”ın futbolçusu Aron Maluda klubdaya daha bir müştəri var. Fransalı vingeri israrla istəyən “Seltik”in ardınca indi də “Bazel” transferdə maraqlıdır.

Futbolinfo.az Fransanın “L’Equipe” nəşrinə istinadla xəbər verir ki, İsveçrə klubu 20 yaşlı oyunçunu heyətinə qatmağa çox yaxındır.

“Bazel” gənc futbolçunun transferi üçün “Sabah”a son təklifini göndərib. Maliyyə şərtləri o qədər sərfəlidir ki, Azərbaycan çempionu təklifə müsbət yanaşır və tərəflər razılaşmağa yaxındır.

Maluda ötən mövsüm bütün turnirlərdə 29 oyunda meydana çıxaraq 9 qol vurub, 4 məhsuldar ötürmə edib. Vu göstəricilərinə görə “Seltik” də onun keçidində maraqlıdır. “Qarabağ”dan Kamilo Duranı alan Şotlandiya təmsilçisi bu keçiddə də israrlıdır. Lakin “Bazel”in təklifi daha cəlbedicidir. Yekun qərar tezliklə verilməlidir.

Shares: