ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın oyunlarını ümumilikdə 7 milyona yaxın azarkeş izləyib. Bu göstərici dünya çempionatları tarixində rekord sayılır.
Tramp turnirin təşkilini yüksək qiymətləndirərək bunları deyib: “Futbol və ya Amerika futbolu da daxil olmaqla, necə adlandırılmasından asılı olmayaraq, indiyədək heç bir tədbirdə buna bənzər hal yaşanmayıb. Düşünürəm ki, bu, inanılmaz idi. Bu turnir FIFA-nın keçirdiyi istənilən tədbirdən dörd dəfə böyük oldu. Hətta bu gün mənə verilən məlumata görə, təxminən beş dəfə böyük idi. Biz ölkəmizlə fəxr edirik. Hər kəsin gördüyü işlə fəxr edirik. Canni İnfantino və onun komandasını möhtəşəm işlərinə görə təbrik edirik. Bu, indiyədək keçirilmiş ən möhtəşəm tədbirlərdən biridir. Hər şeyin uğurla başa çatmasına sevinirik. İnsanlar dünyanın hər yerindən gəldilər və ölkəmizi bəyəndilər. Bu turnir ölkəmizi yeni bir işıqda göstərdi. Bu, möhtəşəm tədbir idi və sizin də bundan zövq almağınıza şadam”.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi Argentinaya 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. Üçüncü yeri isə İngiltərə yığması tutub.
