Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçisi “Sabah”ın da potensial rəqibinin adına aydınlıq gələcək.

Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

“Sabah” Finlandiyanın KuPS klubu ilə 2-ci təsnifat mərhələsində qarşılaşacaq. Bu cütün 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri isə aşağıdakılardır:

“Larne” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi

“İberiya”(Gürcüstan) – “Slovan”(Slovakiya) cütünün qalibi

“Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi

“Egnatiya” (Albaniya) – “Çelye” (Soveniya) cütünün qalibi

“Omoniya (Kipr) – “Kayrat” (Qazaxıstan) cütünün qalibi

Shares: