UEFA Konfrans Liqasında mübarizə aparan “Zirə” də bu gün növbəti potensial rəqibini tanıyacaq.

Səpələnməmişlər səbətində olan qəsəbə təmsilçisi Estoniyanın “Payde” kollektivini mübarizədən kənarlaşdırsa, aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi

“Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi

“Rakuv” (Polşa) – “Valletta” (Malta) cütünün qalibi

“Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya) cütünün qalibi

“Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

Yenicə “Rakuv”a keçən Mahir Emreli və “Polesye”yə transfer olunan Leandro Andradedən birinin Azərbaycana gəlməsi realdır.

Xatırladaq ki, UEFA Konfrans Liqasında matçlar 6 və 13 avqusta təsadüf edəcək.

Shares: