“Citroën Racing” komandasının Formula E üzrə rəhbəri Siril Ble vəfat edib. Bu barədə “Monaco Sports Group”, “Citroën Racing”, “Stellantis Motorsport”, Formula E və FIA-nın birgə bəyanatında məlumat verilib.
42 yaşlı funksionerin ölümü ilə bağlı yayılan bəyanatda bunlar qeyd olunub: “Hamımız Sirilin itkisi ilə əlaqədar dərin kədər hissi keçiririk. Komandamızın bir çox üzvü onu uzun illər tanıyıb və onunla çiyin-çiyinə çalışıb. Düşüncələrimiz ailəsi, dostları və bütün paddokdakı həmkarları ilədir. Siril bu komandaya sonsuz inam bəsləyirdi. Onun ailəsinin istəyinə hörmət edərək, xatirəsini ən yaxşı şəkildə yaşatmaq üçün onun aşıladığı eyni fədakarlıq və ehtirasla yarışmağa davam edəcəyik”.
