Almaniyanın Karlar İdmanı Assosiasiyası (DGSV) Rusiya idmançılarının 17-23 avqust tarixlərində Hannoverdə keçiriləcək Karlar arasında Avropa Gənclər Oyunları-2026-da iştirakına icazə verməyib. Qərarın səbəbi kimi Almaniya ictimaiyyətinin Rusiya təmsilçilərinin bu yarışlarda iştirakını qəbul etməyəcəyi göstərilib.

Rusiyanın Berlindəki səfirliyinin “Telegram” kanalında yayılan açıqlamada bildirilir ki, Almaniyanın Karlar İdmanı Assosiasiyası Almaniya hökuməti ilə razılaşdırılmış şəkildə Rusiya idmançılarını yarışdan kənarlaşdırmaq qərarı qəbul edib.

Qeyd edək ki, karlar arasında Avropa Gənclər Oyunları 17-23 avqust tarixlərində Almaniyanın Hannover şəhərində keçiriləcək.

Shares: