Bir müddət əvvəl “Araz-Naxçıvan”dan ayrılan Bar Kohenin yeni klubu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, israilli yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək. 25 yaşlı futbolçu “İroni Tiberias”la anlaşıb.

Qeyd edək ki, Kohen ötən yay “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalamışdı. O, ölkəmizdə legioner həyatı yaşamamışdan qabaq İsraildə “Makkabi Təl-Əviv”, “Beytar Təl-Əviv”, “Hapoel Hayfa” və “Makkabi Netanya”nın formasını geyib.

Shares: