MotoGP üzrə 7 qat dünya çempionu və GT kateqoriyasında BMW komandasının pilotu Valentino Rossi “Nürburqrinqin 24 saatı” yarışında iştirak üçün xüsusi lisenziya almağı planlaşdırdırır.
O, bildirib ki, hazırda bunun üçün tələb olunan icazəni həftəsonundan sonra əldə etmək mümkündür. Artıq italiyalı motosikletçi məqsədini həyata keçirmək üçün BMW ilə danışıqlar aparılır. Rossi “Nürburqrinqin 24 saatı” yarışının uzun müddətdir arzuladığı turnirlərdən biri olduğunu da vurğulayıb.
Qeyd edək ki, “Nürburqrinqin 24 saatı” dünyanın ən nüfuzlu dözümlülük yarışlarından biri hesab olunur və Almaniyanın məşhur Nürburqrinq trasında hər il keçirilir. Yarışda müxtəlif kateqoriyalara aid yüzdən çox avtomobil 24 saat ərzində eyni trasda mübarizə apararaq həm sürətin, həm də etibarlılığın sınağından keçir.
