İngiltərənin “Çelsi” klubu “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.
Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl “Çelsi”nin bu keçid üçün “Aston Villa”ya 117 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi.
Rocers 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 6 oyuna çıxıb. O, Argentina ilə yarımfinal matçında (1:2) bir məhsuldar ötürmə müəllifi olub.
