FIFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesin 2026-cı il dünya çempionatının İspaniyaya qarşı keçirilən final oyununda (0:1) aldığı qırmızı vərəqəni ləğv edib.

Bu barədə “BBC Sport” jurnalisti Deyl Conson sosial şəbəkədə məlumat yayıb. Bildirilir ki, futbolçuya qarşı heç bir intizam tədbiri tətbiq olunmayacaq.

Xatırladaq ki, final qarşılaşmasının başa çatmasından sonra meydanda kütləvi dava baş vermişdi. Argentinalı müdafiəçi Nael Molina İspaniya millisinin kapitanı Rodrinin sinəsinə zərbə endirmiş, bundan sonra futbolçular arasında mübahisə yaranmışdı. Hadisəyə qoşulan Paredes əvvəlcə İspaniya millisinin müdafiəçisi Erik Qarsiyanın boğazından yapışmış, daha sonra komanda yoldaşını müdafiə etməyə çalışan yarımmüdafiəçi Qaviyə hücum etmişdi. Buna baxmayaraq, FIFA futbolçunun qırmızı vərəqəsini ləğv etmək qərarına gəlib.

Shares: