Azərbaycan millisinin futbolçusu Toral Bayramov yeni komandası “Bursaspor”da yerli statusda çıxış edə bilər.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu I Liqa klubunun prezidenti Enes Çelik açıqlamasında deyib.

O bildirib ki, mərkəz müdafiəçisi axtarışında olsalar da, bu, Bayramovun durumundan asılı olacaq. Belə ki, “Bursaspor” da daxil olmaqla I Liqanın bir neçə iştirakçısı türkdilli ölkələrin vətəndaşlarının yerli oyunçu kimi çıxış etmələri üçün Türkiyə Futbol Federasiyasına rəsmi müraciət ediblər. Enes Çelik bildirib ki, federasiya bu yöndə müsbət qərar versə, Toral yerli olacaq və müdafiənin mərkəzinə legioner transfer edəcəklər.

Qeyd edək ki Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Shares: