“Qəbələ”nin sabiq estoniyalı futbolçusu Sergey Zenyov futbolinfo.az saytına müsahibə verib. 2015-2017-ci illər aralığında Azərbaycanda çıxış etmiş veteran futbolçu “Zirə”nin “Payde” ilə oyunlardakı şanslarından danışıb:

  • Bu gün “Zirə” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə Estoniyanın “Payde” klubu ilə qarşılaşacaq. Səncə, qalibiyyət üçün kimin şansı daha çoxdur?
  • Məncə, Azərbaycan komandalarının avrokuboklardakı son nəticələrinə baxsaq, təbii ki, “Zirə” istənilən halda üstünlük əldə edib. Doğrudur, “Payde” özünü sübut etdi və son mövsümlərdə avrokuboklara göstərdi ki, güclü komandalara qarşı layiqli və yaxşı çıxış edə bilir. Sadəcə bu cütdə fikrimcə, “Zirə” qalib gələn komanda olacaq. Bilmirəm, mən belə düşünürəm. Həm bu gün, həm də iki oyunun nəticəsinə görə belə olacağını düşünürəm.
  • Estoniya klubu son çempionat matçında 5 qol buraxaraq məğlub oldu. Bu onların real gücüdür?
  • “Payde” daxili liqada son turda 5 qol buraxaraq 2:5 uduzdu. Amma oyuna və heyətə baxdığıma görə, “Payde” daha çox ikinci heyətlə oynayırdı. Praktiki olaraq, əsas heyətin bütün oyunçuları ehtiyatda oturmuşdu. Bu mənada, o matç “Payde”nin real gücünü göstərmir. Bəzən avrokubok matçından sonra liqa oyunlarda belə hallar olur. Xüsusilə də, avrokubok matçı sənin üçün uğurlu alınıbsa.
  • Hansı futbolçuları daha təhlükəlidir?
  • Hansısa futbolçunu konkret olaraq xüsusi dəyərləndirə bilmərəm. Onların yetərincə güclü cinah oyunçuları, mərkəz hücumçusu var. “Payde”nin bütün hücum xətti demək olar ki, güclüdür.
  • “Zirə”ni və Azərbaycan futbolunu izləyirsən?
  • Düzü, “Zirə”ni daimi izləmirəm. Sadəcə “Zirə”nin “Qarabağ”la oyununa baxmışdım. “Qarabağ” Çempionlar Liqasında uğurlu çıxış etdi. “Sabah”ın da çempion olduğunu gördüm. “Qəbələ”ni daim izləyirəm, harada və necə oynadı, hansı pillədədir.
  • Dünən “Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə Minsk “Dinamo”suna 2:4 hesabı ilə uduzdu. Bu klubda keçmiş komanda yoldaşın Vitali Vernidub işləyir. Atası Yuri isə baş məşqçidir. Vitali ilə danışırsan və ya həmin məğlubiyyət barədə nə düşünürsən?
  • Dünən gördüm ki, “Neftçi” “Dinamo”ya (Minsk) 2:4 uduzub. Düzü, çox təəccübləndim buna. Çünki “Neftçi”nin qalib gələcəyini düşünürdüm. Bilirəm ki, Vernidublar orada işləyirlər. Vitali Vernidubla ara-sıra danışırıq, birlikdə “Qəbələ”də oynamışıq. “Neftçi”yə təyinatı ilə bağlı da onu təbrik etmişdim. Hər halda, bəzən danışırıq. Onlara da uğurlar arzulayıram.

CAVAD

Shares: