“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın ÇSKA klubu ilə ev oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 0:0 hesabı ilə başa çatan görüşün nəticəsini ədalətli hesab etmək olar. Çünki hər iki komandanın qapıya zərbə sayı eyni olub – 13. “Qarabağ” yalnız dəqiq zərbələrdə və korner saylarında rəqibi üstələyib.
Qarabağ – ÇSKA
Qollar – 0:0
Zərbələr – 13:13
“Çərçivə”yə zərbələr – 8:5
“Çərçivə”yə düşməyən zərbələr – 4:2
Bloklanan zərbələr – 1:6
Künc zərbələri – 8:2
Oyundankənar vəziyyət – 1:3
Sarı vərəqələr – 1:2
Cərimə zərbələri – 11:13
