Meksikada U-20-lər arasında KONKAKAF çempionatı başlayıb.
Futbolinfo.az xəbər verir ki, 12 komanda 3 qrupa bölünüb.
Turnirin əsas özəlliyi ondan ibarətdir ki, yarımfinala yüksələcək 4 komanda gələn il Azərbaycan və Özbəkistanda keçiriləcək U-20-lərin dünya çempionatına vəsiqə qazanacaq. Eyni zamanda KONKAKAF-ın qalibi 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Qeyd edək ki, turnirə avqustun 9-da yekun vurulacaq.
