İtaliya futbolunun əfsanəsi Franko Barezinin vəfat etməsi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.
İlk olaraq 66 yaşlı sabiq “Milan” kapitanının öldüyü barədə “Tuttosport”, “La Sicilia” və digər mənbələr məlumat yayıb. Lakin “Milan” klubu rəsmi açıqlama ilə bu iddiaları təkzib edib.
Klub bəyan edib ki, Barezi hazırda çətin və həssas bir dövr yaşayır, “Milan” isə bu müddətdə onun və ailəsinin yanındadır. Klub ictimaiyyəti futbol əfsanəsinin şəxsi həyatına hörmətlə yanaşmağa və əsassız məlumatları yaymamağa çağırıb.
Franko Barezi 1972–1997-ci illərdə “Milan”ın aşağı yaş qruplarında və əsas komandasında çıxış edib. Onun daşıdığı 6 nömrəli forma klub tərəfindən əbədiləşdirilib. Barezi həmçinin İtaliya millisinin heyətində 81 oyun keçirib.
