Braziliyanın “Sport Resife” klubunun futbolçusu Marselo Ajul Azərbaycan və Portuqaliyadan təklif alıb.
Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi müvafiq olaraq “Alverka” və “Qarabağ”ın maraq dairəsinə düşüb.
“Alverka” hətta Braziliyanın B Seriyasında çıxış edən “Sport Resife”yə rəsmi təklif də göndərib. Lakin braziliyalılar rədd cavabı veriblər. Ajul özü isə “Qarabağ”ın marağına baxmayaraq, Azərbaycanda çıxış etməyə həvəsli deyil.
Qeyd edək ki, bu il keçirdiyi 21 oyunda 3 qol vuran Marselo Ajulun “Sport Resife” ilə müqavilə müddəti 2027-ci ilin sonuna qədərdir.
