“Mançester Siti” Ayyub Buaddinin transferi üçün hərəkətə keçib. “Şəhərlilər” dünya çempionatındakı əla oyunundan sonra hədəfə aldığı yarımmüdafiəçinin keçidini tez bir zamanda həll etməyə çalışır.
Futbolinfo.az xəbər verir ki, “Lill” oyunçusunu satmağın əleyhinə deyil. Buaddinin bu yay İngiltərəyə köçməsi realdır. Klublar hətta oyunçunun daha bir il Fransada qalıb, növbəti mövsümdən Mançesterə getməsi variantını da müzakirə edir. Bu məsələ Rodrinn “şəhərlilər”dən ayrılmasına bağlıdır. İspaniya yığmasının üzvü qərarını verən kimi xələfinin də taleyinə aydınlıq gələcək.
18 yaşlı mərakeşlinin transfer dəyəri 80 milyon avrodur. “Lill” 2029-cu ilədək müqaviləsi olan yetirməsi ilə bağlı qərarı tezliklə vermək istəyir.
